SİYASƏT


Mövlud Çavuşoğlu: Hazırda regionda baş verən normallaşma prosesi Ermənistanın da xeyrinə olacaq

Qafqazda sabitlik və iqtisadi layihələrdən faydalanmaq əvəzinə Azərbaycan torpaqlarının işğalını davam etdirməyə üstünlük verən Ermənistanın və problemin siyasi həllində maraqlı olmayan dairələrin məqsədyönlü siyasəti səbəbindən Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxın davam edib.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyanın Akdeniz Universitetində Şərqi Aralıq dənizi ilə bağlı keçirilən beynəlxalq konfransda bildirib.