CƏMİYYƏT


Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Çayqırağı” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Mikayıl Hümbətov ilə yanaşı onun müştəriləri Akif Dəmirçiyev, Zaur Əliyev, Arif Quliyev, Fikrət Məmmədov, Şövqü Həsənov və Tayfun Cavadov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.