Gürcüstana reyslər artırıldı: Qiymətlər dəyişdi?
02.10.2026 [13:22]
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. ADY-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.