Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində 2 yük gəmisinin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər itkin düşüb

14.12.2020 [13:51]

Xəbərin mətni

Çinin Yantzı çayında 2 yük gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
AZƏRTAC Şanxay şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə dekabrın 13-də gecə saatlarında baş verib. Mühərriki sıradan çıxan xarici dövlətə məxsus yük gəmisi Çin gəmisinə çırpılıb. Nəticədə göyərtəsində 16 heyət üzvünün olduğu Çin gəmisi batıb. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.