Kiyevdə ADA Universiteti tərəfindən elan edilmiş müsabiqədə qalib gələn tələbələr mükafatlandırılıb
14.12.2020 [15:38]
Xəbərin mətni
Azərbaycanın Ukraynadakı səfirliyində “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda ümumukrayna esse müsabiqəsində mükafata layiq yerlər tutmuş tələbələr təltif edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna gənclərinin nümayəndələri arasında təşkil edilmiş bu müsabiqə oktyabrın 25-dən noyabrın 25-dək keçirilib. Təşkilatçısı ADA Universiteti, tədbirin Ukraynadan tərəfdaşı isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu olan müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub.