Şəhid bacısı: Nişanlısına söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız, elə də oldu...
15.12.2020 [15:26]
Xəbərin mətni
Xaçmazın Canaxır kəndindən olan 24 yaşlı Rahim Sərdarlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb. Vətən müharibəsinə sentyabrın 29-dan qoşulub. Rahim Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda savaşda isə qəhrəmancasına şəhid olub.