Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi
02.11.2026 [17:41]
Müharibənin ağır sınaqları, doğma yurdun itirilməsi, illərlə davam edən məcburi köçkünlük həyatı... Bəxtiyar Əhmədov və həyat yoldaşı Nəzakət Cəfərquliyeva bütün bu çətinlikləri birlikdə yaşayıblar. Zəngilanın işğalı zamanı doğma evlərini tərk etmək məcburiyyətində qalan ailə uzun illər Bakıda yaşasa da, yurda qayıdış ümidini heç vaxt itirməyib. Övladlarını ata-baba torpaqlarına sevgi ilə böyüdən valideynlər 44 günlük Vətən müharibəsi zamanı oğullarının könüllü olaraq döyüşlərə yollanmasının da qürurunu yaşayıblar. Torpaqlarımızın azad olunması ilə illərin həsrəti sona çatıb, ailə yenidən doğma Zəngilana qovuşub. Bu gün Əhmədovlar ailəsi vaxtilə ayrılıq və həsrətlə xatırladıqları doğma yurdda yeni, xoşbəxt həyat yaşayır.