DÜNYA


Ermənistanda aksiya iştirakçıları Nikol Paşinyanın hərbi qəbiristanlığa girməsinə mane olublar

Ermənistanda dekabrın 19-da keçirilən matəm yürüşü zamanı gərginlik yaşanıb.AZƏRTAC xəbər verir ki, Qarabağda ölən əsgərlərin valideynləri və müharibə iştirakçıları Yerevandakı “Erablur” hərbi qəbiristanlığına doğru yürüş ediblər.Ermənistanın baş naziri Nikol Paşinyanın da matəm yürüşünə qoşulması aksiya iştirakçılarının etirazına səbəb olub.