Murov zirvələrini fəth edən şəhid kəşfiyyatçı İlham Rəşidov
21.12.2020 [17:00]
Xəbərin mətni
Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.