Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cərrah Gülşən Əhmədli: Zəfər Günündə Azərbaycan-Alman Tibb Günlərini birlikdə təşkil etməyimiz həmrəyliyimizin göstəricidir

08.11.2026 [16:10]

Xəbərin mətni

Azərbaycan-Alman Tibb Günləri bizim üçün çox önəmli bir tədbirdir. Azərbaycandan gələn, eyni zamanda, Almaniyada çalışan bütün azərbaycanlı həkimlər bu tədbirlə əlaqədr Berlinə toplaşmışıq. Əsas məqsədimiz yeni biliklər əldə etmək, bir-birimizi tanımaq, əlaqə qurmaq, eyni zamanda, hər bir azərbaycanlının milli qüruru olan Zəfər Bayramını birgə qeyd etməkdir. Almaniyada işləyən azərbaycanlı həkimlərin də bir araya gələrək belə bir tədbir təşkil etməsi qürurverici hadisədir. AZƏRTAC xəbər verir ki, bunu Almaniyada fəaliyyət göstərən plastik-konstruktiv estetik cərrah Gülşən Əhmədli Berlində keçirilən və 8 Noyabr - Zəfər Gününə həsr olunan Azərbaycan-Alman Tibb Günləri ilə bağlı media nümayəndələrinə açıqlamasında söyləyib.