Viran qalmış yurd yerləri - Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər
19.01.2021 [12:37]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərimizi gəzdikcə hər yerdə eyni mənzərənin şahidi oluruq - yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri. Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər.