Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir
04.06.2026 [20:02]
Xəbərin mətni
Şuşa şəhəri ərazisində 2 su anbarı və 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur və şəhər dayanıqlı su ilə təmin edilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov deyib.