DÜNYA


Cozef Bayden and içərək ABŞ Prezidenti vəzifəsinə başlayıb

Yanvarın 20-də Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını dəstəkləməyə və müdafiə etməyə and içən Cozef Bayden rəsmi şəkildə ABŞ Prezidenti vəzifəsinə başlayıb.AZƏRTAC xəbər verir ki, mərasimdə minə yaxın qonaq olub, onların əksəriyyətini konqresmenlər təşkil edib. C.Bayden onun ailəsində 1893-cü ildən qorunub saxlanılan “İncil”ə əlini qoyaraq and içib.