CƏMİYYƏT


Nabranda 21 santimetr qar, Xınalıq və Qırızda 15 dərəcə şaxta qeydə alınıb

Yanvarın 21-də şimal bölgəsində ən aşağı temperatur Qubanın Xınalıq və Qırız kəndlərində qeydə alınıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu yaşayış məntəqələrində temperatur -15 dərəcəyədək düşüb. Qubanın rayon mərkəzində 11, Xınalıq kəndində 17, Qırızda 11, Təngəaltıda 23 santimetr qar yağıb. Qusar şəhərində 18, Xızının Altıağac qəsəbəsində 17, Xaçmazın Nabran kəndində isə 21 santimetr qar qeydə alınıb.