SİYASƏT


Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

“Dəmir yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin müjdəsi ilə bu gün Şəhidlər Xiyabanına, görkəmli hərbi xadim Həzi Aslanovun anadan olmasının 111-ci ildönümü münasibətilə keçirilən mərasimə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonu hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoymuş və ehtiramlarını bildiriblər.