Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
18.10.2026 [10:30]
Xəbərin mətni
Bu il Azərbaycan öz tarixinin taleyüklü hadisələrindən birinin – dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövr ərzində Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib.