DÜNYA


Hebeydə COVID-19 xəstələri üçün mobil xəstəxanaların inşası yekunlaşır

Çində COVID-19 infeksiyasının yeni ocaqlarından olan Hebey vilayətində virusa yoluxanların və yoluxmaqda şübhəli bilinənlərin təcrid edilməsi üçün quraşdırılan mobil xəstəxanalardan birinin inşası başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, mobil xəstəxana Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Huancuan kəndində inşa olunur. Ümumilikdə 606 otaqdan ibarət olacaq xəstəxananın birinci fazası hazırdı və səlahiyyətli qurumlara təhvil verilib. Ümumilikdə 30 hektardan çox ərazini əhatə edən xəstəxananın ikinci fazasının inşaat-quraşdırma işləri 3 növbəli iş rejimində davam etdirilir.