DÜNYA


Niderlandda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

Niderlandın bir çox şəhərlərində sanitar məhdudiyyətlərə qarşı etiraz nümayişləri keçirilib.
AZƏRTAC xəbər verir ki, hökumətin sanitar məhdudiyyətlər çərçivəsində komendant saatı tətbiq etməsi narazılıq doğurub. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. İlkin məlumata əsasən, 30-a qədər nümayişçi saxlanılıb, yaralılar haqqında dəqiq məlumat yoxdur.