DÜNYA


İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb

Yanvarın 27-də səhər saatlarında İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb.
AZƏRTAC Yerli KİV-lərə istinadla xəbər verir ki, vulkandan çıxan lava yamac boyunca 1500 metrədək yayılıb.Yava adasındakı Cokyakarta şəhəri Vulkanologiya və Geoloji Anomaliyaların İdarə Olunması Mərkəzinin rəhbəri Haniki Humayda bildirib ki, hazırkı püskürmə yerli hakimiyyət orqanlarının ötən ilin noyabrında təhlükə dərəcəsini artırmasından sonra baş verən ən güclüsüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır