Çin Yerin zondlanması üzrə orbitə növbəti peykini çıxarıb
29.01.2021 [16:28]
Xəbərin mətni
Çin yanvarın 29-da Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün "Yaogan-31" peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, peyki orbitə çıxaran "Böyük yürüş-4C" (Long March-4C) raketinin buraxılışı Daxili Monqolustan muxtar bölgəsindəki Ciuçuan buraxılış məntəqəsindən həyata keçirilib. Peyk planlaşdırılan orbitə çatıb.