SİYASƏT
Polkovnik Vaqif Dərgahlı: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır
30.01.2021 [12:53]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə Bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər.Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib.V.Dərgahlı bildirib ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir.