Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həsrətdən Zəfərə: Şuşanın azadlıq yolu

08.11.2026 [13:21]

Xəbərin mətni

Şuşanın azadlığı Vətən müharibəsinin taleyini həll edən və bizi Zəfərə aparan ən mühüm hadisə oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu şəhəri işğaldan azad etdi. Bu gün Şuşada azadlığın yerini quruculuq tutur: tarixi abidələr bərpa olunur, yeni infrastruktur yaradılır, sakinlər doğma yurdlarına qayıdırlar.