Ağstafada COVID-19-a qarşı vaksinasiya davam edir
01.02.2021 [18:41]
Xəbərin mətni
Ağstafada yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesi davam edir. Rayonda əvvəlcə tibb işçilərinin vaksinasiyası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-dən başlayaraq peyvəndləmə prosesində 400-ə yaxın tibb işçisinə vaksin vurulub. İlkin olaraq Ağstafaya 670 dozada vaksin gətirilib.