Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər
21.09.2026 [19:17]
Xəbərin mətni
Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksində qədim alban duaları yenidən səslənib. Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri monastır kompleksinə gələrək tarixin yaddaşını təzələyib, ermənilərin saxtalaşdırdığı Alban irsinin əsl sahiblərinin kim olduğunu bir daha göstəriblər.