FHN-in bir qrup əməkdaşı minatəmizləmə kursunu başa vurub
06.02.2021 [14:18]
Xəbərin mətni
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx ikitərəfli münasibətlər, o cümlədən həyata keçirilən aidiyyəti humanitar tədbirlər çərçivəsində Azərbaycan FHN-in Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə kursu müvəffəqiyyətlə başa vurublar.