Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb
05.10.2026 [16:42]
Xəbərin mətni
İşğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar aparılıb. O cümlədən Azərbaycanın yeraltı su ehtiyatlarından da qanunsuz şəkildə istifadə edilib. Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirlərinə həsr olunmuş brifinqdə söyləyib.