Diplomatik korpusun nümayəndələri Zəngilana səfər ediblər
06.02.2021 [19:43]
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri fevralın 6-da Ermənistan işğalından azad olunmuş Cəbrayıl rayonundan sonra Zəngilana səfər ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.