Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub

08.02.2021 [18:12]

Xəbərin mətni

Fevralın 8-də dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub.AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya sahəsində görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.