Pekində 7-ci Dünya Media Sammiti keçirilir
07.11.2026 [13:01]
Xəbərin mətni
Çinin paytaxtı Pekində 7-ci Dünya Media Sammiti keçirilir. “Sinxua” agentliyinin və Pekin xalq hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə 110-dan çox ölkəni təmsil edən 330 aparıcı media qurumundan, müvafiq dövlət orqanlarından, habelə beynəlxalq təşkilatlardan və beyin mərkəzlərindən 500-ə yaxın nümayəndə qatılıb. Tədbirdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və digər media qurumların rəhbərləri iştirak edirlər.