Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Qələbənin 100-cü gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

16.02.2021 [14:24]

Xəbərin mətni

Vətən müharibəsində Qələbənin 100-cü günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Davam” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtın Səbail rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.