Aqrar subsidiya siyasətində yenilik - 10 hektardan çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq
18.02.2021 [14:35]
Xəbərin mətni
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən etibarən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq. Artıq Kənd Təsərrüfatı Nazirliyinin Regional Aqrokimya laboratoriyalarında torpaq analizlərinin götürülməsinə başlanılıb. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin monitorinq nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil ediləcək və bundan sonra fermerlərə əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.