Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə “1992-ci il Xocalıdan-2020-ci il Tərtər və Gəncəyə” mövzusunda dəyirmi masa keçirilib

25.02.2021 [13:27]

Xəbərin mətni

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynanın dövlət “Ukrinform” Milli İnformasiya Agentliyinin konfrans zalında dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə “1992-ci il Xocalıdan-2020-ci il Tərtər və Gəncəyə: Xocalı faciəsinin 29-cu ildönümünə” mövzusunda keçirilən dəyirmi masada Ukrayna Ali Radasının, Kiyev şəhər Şurasının deputatları, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, diaspor rəhbərləri, alimlər, tarixçilər iştirak ediblər.