SİYASƏT


Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fevralın 26-da ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş etiraz aksiyası keçirib.
Aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanınması şüarları, həmçinin bu faciənin Amerikanın 30-dan çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır