Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Ötən sutka ərzində yeddi nəfər xilas edilib

27.02.2021 [13:45]

Xəbərin mətni

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 17 halda yanğına çıxış, bir nəqliyyat qəzası və bir halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.