SİYASƏT


Ukraynanın “1+1” telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb

Ukraynanın nüfuzlu “1+1” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərində yerli əhalinin reinteqrasiyası, Azərbaycan və erməni əhalisinin birgə yaşayışına dair fikirləri yer alıb.