MƏDƏNİYYƏT


Şəmkirli gənclərdən nəcib təşəbbüs: “Şiddətə yox deyək!”

Gənclərin maraqlı layihələrlə, yaradıcı ideyalarla çıxış etməsi təqdirəlayiq haldır. İnsanların da marağına səbəb olduğu belə layihələrdən birini şəmkirli gənclər reallaşdırıblar.AZƏRTAC xəbər verir ki, gənclər bölgədə “Bullinqə (şiddətə) yox deyək!” təşəbbüsü çərçivəsində divarlarda çəkdikləri qraffiti əsərləri ilə nəinki bir küçədə, hətta rayonda, eləcə də sosial şəbəkələrdə insanların diqqətini cəlb ediblər.