SİYASƏT


Rusiyalı ekspertin fikrincə, Azərbaycan Prezidenti təkcə Cənubi Qafqaz üçün olmayan tamamilə yeni siyasət təklif edir

Azərbaycan tarixi ədaləti bərpa edərək, 1992-ci ilin kədərli Xocalı səhifəsini çevirə bilib, lakin regionda qarşıdurmanı davam etdirmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, hərbi icmalçı Aleksandr Artamonov bu fikri Rusiyanın “Pravda.ru” şəbəkə nəşrinin “YouTube” kanalında bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lərin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında iştirak edib və dövlət başçısına sual verib.