CƏMİYYƏT


Qubadlı sakini öz evini yarımuçuq divardan tanıdı

Qubadlı rayonunun Muradxanlı kənd sakini 28 ildən sonra doğma yurduna ayaq basıb. Kəndin yollarından bir iz qalmasa da, Nizami Əhmədov özünün dağıdılmış evini yarımuçuq vəziyyətdə olan divardan tanıyıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubadlının ən ucqar kəndlərindən olan Muradxanlı erməni vəhşiliyi nəticəsində indi xarabalığı xatırladır. Erməni faşistləri bu kənddə də evləri dağıdıb, yolları sıradan çıxarıb, hətta ekloji terror törədərək ağacları, yaşıllıqları məhv ediblər.