Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

09.03.2021 [11:12]

Xəbərin mətni

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat verilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək obyekt işçiləri və müştəriləri - ümumilikdə 23 nəfəri polis şöbəsinə gətiriliblər.