Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aşkarlanaraq aradan qaldırılması üçün reydləri davam etdirir

09.03.2021 [12:00]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aşkarlanıb aradan qaldırılması üçün reydləri davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanmasının ciddi fəsadlara yol aça biləcəyi qeyd olunub.