Pekində qum fırtınası müşahidə olunur
15.03.2021 [10:38]
Xəbərin mətni
Çinin paytaxtında qum fırtınası müşahidə olunur.AZƏRTAC Pekinin ekologiyanın və ətraf mühitin monitorinqi mərkəzinə istinadla xəbər verir ki, qonşu Monqolustanda yaranan fırtına səhər saatlarında Çinin şimal hissəsində, o cümlədən paytaxt Pekində səmanı sarı rəngə boyayıb. Havanın çirklilik indeksi 1000-i ötüb. İnsanlara evlərindən çıxmamaq tövsiyə olunub.Gözlə görmə məsafəsinin kəskin azalması nəqliyyatın hərəkətində problemlərə səbəb olub.