Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı tələbələr gələn ildən Oklahoma Dövlət Universitetində təhsil almaq imkanı əldə edəcəklər

17.11.2026 [10:24]

Xəbərin mətni

Azərbaycanlı tələbələr 2027-ci ildən etibarən ABŞ-nin Oklahoma Dövlət Universitetində kənd təsərrüfatı və kənd təsərrüfatı iqtisadiyyatı ixtisasları üzrə təhsil almaq imkanı əldə edəcəklər. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.