Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Novruz bayramı mərasimində təmsil olunub
19.03.2021 [19:22]
Xəbərin mətni
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki mənzil-qərargahında Novruz bayramı münasibətilə mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə qurumun müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin qatıldığı mərasimdə Azərbaycan da təmsil olunub.