SİYASƏT


Prezident: Biz milli birliyi, milli həmrəyliyi təmin edə bildik, bu, olmasaydı, Qələbə də olmayacaqdı

Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində söyləyib.