CƏMİYYƏT


Tuğ sakini doğma kəndinə 30 il əvvəl özü ilə götürdüyü bir ovuc torpaqla qayıdıb

Xocavənd rayon Tuğ kənd sakini Ramiz Cahangirov doğma kəndinə 30 il əvvəl özü ilə götürdüyü bir ovuc Vətən torpağı ilə qayıdıb.
Ramiz Cahangirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tuğ kəndində dünyaya göz açıb, orta məktəbi də burada bitirib. Kənd işğal olunanda buranı ən son tərk edənlərdən olub.