Qubada kafe sahibi və müştəriləri məsuliyyətə cəlb olunub
05.04.2021 [13:41]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq kafeni işlədən M.Qasımov və oradakı 6 şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.