SİYASƏT


Prezident İlham Əliyev: Suyun səmərəli istifadəsində uğurlarla yanaşı, çətinliklər və çatışmazlıqlar var

Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha böyük əhəmiyyəti var.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.