Azərbaycan Dövlət İnformasiya Agentliyi

Klassik və nadir avtomobillərin nümayiş olunduğu Pekin avtomobil muzeyi

11.04.2021 [15:45]

Xəbərin mətni

Avtomobillər, avtomobil sənayesi ilə bağlı mövzular həmişə böyük maraq doğurur. Dünyanın müxtəlif şəhərlərində fərqli üslublarda, mövzularda və dizaynda avtomobil muzeyləri fəaliyyət göstərir. 2011-ci ildə Pekində açılan avtomobil muzeyi dünya avtomobil sənayesinin yaranması, inkişafı və gələcəyi ilə bağlı dolğun təsəvvür yaradır. Sahəsi təxminən 60 min kvadratmetr olan muzeydə 80-ə yaxın klassik və nadir avtomobilin orijinalı və ya oxşarı nümayış olunur.