Türk Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdama səfər edib
11.04.2021 [16:08]
Xəbərin mətni
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmiləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.