DÜNYA


Çində mədəndə köməksiz vəziyyətdə qalan şaxtaçıların yeri müəyyənləşib

Çinin Sincan Uyğur Muxtar Bölgəsində kömür mədənini su basması nəticəsində itkin düşən 21 şaxtaçının yeri müəyyən edilib.AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, xilasedicilər şaxtaçıların yerini xüsusi texniki avadanlıq vasitəsilə müəyyən edə biliblər. Hazırda nasoslar vasitəsilə mədənə dolmuş su çıxarılır.
Qeyd edək ki, Çanci Huy muxtar prefekturasının Hutubi rayonunda aprelin 10-da axşamüstü baş verən hadisə nəticəsində 29 şaxtaçı ilə əlaqə kəsilmişdi. Xilasetmə əməliyyatının gedişində 8 şaxtaçı mədəndən çıxarılıb. Axtarış-xilasetmə işlərinə təxminən 1500 nəfər cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır